Qazaxda yük maşını qatarla toqquşub - Yaralı var

Qazaxda yük maşını qatarla toqquşub - Yaralı var
HADİSƏ
20:22 22.05.2025
330
Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford” markalı yük maşınının sürücüsü 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR