Qazaxda zəncirvari qəza olub, xəsarət alanlar var

SOSİAL
17:41 31.10.2024
183
Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
 
Hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR