Qazaxıstan FHN: Aktauda qəzaya uğrayan təyyarədə 69 nəfər olub

Qazaxıstan FHN: Aktauda qəzaya uğrayan təyyarədə 69 nəfər olub
DÜNYA
13:50 25.12.2024
197
Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər deyil, 69 nəfər olub.

Bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.

"İlkin məlumata görə, təyyarədə 69 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub", - o qeyd edib.

Daha əvvəl təyyarədə 67 nəfərin olduğu bildirilirdi.
OXŞAR XƏBƏRLƏR