Qazaxıstan MN-in helikopteri qəza etdi, ölən var

DÜNYA
13:31 09.11.2024
217
Qazaxıstan Müdafiə Nazirliyinin "Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

Nəticədə hadisə yerində yanğın baş verib. Yanğın xilasedicilər tərəfindən söndürülüb.

Helikopterin göyərtəsində 3 ekipaj üzvü olub, onların biri ölüb, ikisi isə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan MN helikopterin sərt enişinin ilkin səbəbi kimi texniki nasazlığı göstərib.
 
///Qafqazinfo

OXŞAR XƏBƏRLƏR