"Ölkədə vəziyyət sabitləşib və nəzarət altındadır".
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsininin Mətbuat Xidməti məlumat yayıb.
"Terror təhlükəsi mərkəzləri zərərsizləşdirilib. Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərləri terrorçulardan azad edilib”, - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, xüsusilə mühüm, strateji obyektlərin, silah-sursatların saxlandığı yerlərin mühafizəsi də təmin edilir.
Milli Sahibkarlar Palatasının məlumatında isə göstərilir ki, Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 215 milyon ABŞ dollarını ötüb.
Ölkənin doqquz rayonunda 1 319 zərərçəkmiş sahibkarlıq subyekti və 1 488 obyekt müəyyən edilib. Onlardan 1 245- i ticarət, 25-i ictimai iaşə, 37-si logistika, 2-si isə kütləvi informasiya vasitələrinin binasıdır.