Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verib

Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verib
DÜNYA
13:23 17.01.2026
429
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Abubakirov əvvəllər müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Fotoda Kanış Abubakirov

O, 2024-cü ilin yanvar ayında Tokayev tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilən Sultan Kamaletdinovu əvəzləyib.

Fotoda Sultan Kamaletdinov

Dövlət başçısının kadr dəyişikliyinin səbəbləri göstərilməyib.

Yeni qərargah rəisi 1977-ci ildə anadan olub. O, Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və Milli Müdafiə Universitetini bitirib.
OXŞAR XƏBƏRLƏR