Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-yə səfərə gedib.
AZXEBER.COM bu barədə "Kazinform"a istinadən xəbər verir.
Bildirilib ki, Tokayev səfər çərçivəsində bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparacaq.
Prezident həmçinin ABŞ-nin iş adamları ilə keçiriləcək dəyirmi masada iştirak edecek, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək.