Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb

Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
DÜNYA
18:06 23.08.2026
436
Qazaxıstanda Qurultaya (birpalatalı parlamentə) keçirilən səsvermədə seçici fəallığı 72%-i ötüb.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov açıqlayıb.

"Ölkə üzrə saat 18:00-a (Bakı vaxtı ilə 17:00) 9 095 298 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 72,15 faizini təşkil edir", – deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR