Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb
DÜNYA
20:24 03.06.2024
145
Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün "Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.
 
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

"Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.
OXŞAR XƏBƏRLƏR