Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yardım ayırdı

Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yardım ayırdı
DÜNYA
09:37 08.02.2023
123
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstanın dövlət başçısı fəlakətli zəlzələ nəticəsində zərərçəkmiş Türkiyə Respublikasına təcili yardımın göstərilməsi üçün hökumətə 1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını tapşırıb.

Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.
OXŞAR XƏBƏRLƏR