Qazaxıstan Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA

Qazaxıstan Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA
DÜNYA
11:02 03.03.2022
589
"Qazaxıstan Rusiya və Ukrayna arasındakı münaqişədə tərəf tutmur və vəziyyətin diplomatik yolla nizamlanmasına ümid edir".

Bu sözləri Qazaxıstan Xarici İşlər nazirinin birinci müavini Şaxrat Nurışev jurnalistlərə bildirib.

O xatırladıb ki, ölkə həm Ukrayna, həm də Rusiya ilə çox yaxşı, yaxşı münasibətlər saxlayır: "Siz hamınız yaxşı bilirsiniz ki, telefon danışıqları olub, bundan əvvəl də bizim dövlət başçıları arasında görüşlər olub. Bizim mövqeyimizlə bağlı Qazaxıstanı ittiham edəcək heç nə yoxdur. Biz hazırda baş verən hər şeyin danışıqlar yolu ilə tezliklə həll olunmasının tərəfdarıyıq".

Ölkənin müdafiə nazirinin müavini Sultan Kamaletdinov da Rusiya və Ukrayna arasındakı münaqişədən danışıb: "Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir sual ola bilməz".

Qazaxıstan müdafiə nazirinin müavini ölkədə ehtiyatda olan zabitlərin xidmətə cəlb edilməsi, eləcə də ölkə daxilində hərbi texnikanın daşınmasına da münasibət bildirib: "Ötən çərşənbə günü Qazaxıstan prezidenti - Ali Baş Komandan Qasım-Jomart Tokayev müşavirə keçirib, o, ölkə Silahlı Qüvvələrinin müasirləşdirilməsi ilə bağlı bir sıra vəzifələr qoyub.

Biz dövlət müdafiə sifarişinə uyğun olaraq planlaşdırılan yeni silah sistemlərinin alınmasını planlaşdırırıq. Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları üçün zirehli texnika, raket və artilleriya silahları alınacaq.

Ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırışı 190 nəfər təşkil edir ki, onlardan 150 nəfəri Silahlı Qüvvələrə gedir. Bu da ondan irəli gəlir ki, xüsusən də komanda-nəzarətin aşağı pillələrində çatışmazlıq var".
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR