Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək

Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək
SİYASƏT
08:48 10.04.2025
276
Qazaxıstan və Azərbaycan "Caspian Breeze - 2025” birgə hərbi dəniz təlimləri keçirəcək

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq.

"Dənizçilər asimmetrik təhlükələrin dəf edilməsi, qəza vəziyyətində olan təyyarə, gəmi və gəmilərə yardımın göstərilməsi, həmçinin dəniz və hava hədəflərində canlı atışlar həyata keçirəcəklər”, - məlumatda deyilir.

Təlimlər üçün Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri gələcək.
OXŞAR XƏBƏRLƏR