Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
DÜNYA
17:49 17.03.2025
160

Qazaxıstan və Özbəkistan 2030-cu ilə kimi qarşılıqlı ticarət həcmini 10 milyard dollara çatdırmağı planlaşdırıb.


AZXEBER.COM xəbər verir ki, müvafiq proqram bu ölkənin ticarət naziri Arman Şakkaliyev və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov arasında keçirilmiş işçi görüşü çərçivəsində imzalanıb.


Danışıqlar zamanı tərəflər dəyəri 7 milyard dollar olan Yol xətirəsi layihələrinin icrası, "Mərkəzi Asiya” Beynəlxalq Sənaye Əməkdaşlığı Mərkəzinin normativ hüquqi bazasının inkişafı və "UZKAZTRADE” MMC müştərək şirkətinin fəaliyyətinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.


Qeyd edək ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 4.1 milyard dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR