Qazaxıstan XİN: “Əfqanıstandan qaçqın qəbulu məsələsinə baxılmır”

Qazaxıstan XİN: “Əfqanıstandan qaçqın qəbulu məsələsinə baxılmır”
DÜNYA
19:12 18.08.2021
975
"Qazaxıstanın Əfqanıstandan qaçqın qəbul etməsi məsələsi gündəlikdə deyil".

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda Əfqanıstandan qaçqın qəbul edilməsi məsələsinə baxılmır”, - XİN-dən bildirilib.

Qeyd edilib ki, Qazaxıstan Prezidenti Əfqanıstanda yaşayan 200-ə yaxın etnik qazaxın təxliyəsi ilə bağlı göstəriş verib.
 
///Report
OXŞAR XƏBƏRLƏR