Qazaxıstana ekstradisiya edilən Rinat Qabitova hökm oxundu - VİDEO

Qazaxıstana ekstradisiya edilən Rinat Qabitova hökm oxundu - VİDEO
SOSİAL
17:27 24.01.2025
253

2019-cu ildə Bakıda qaçaqmalçılıq və dələduzluqda ittihamları ilə 11 il həbsə məhkum edilən cinayətkar qruplaşmanın rəhbəri, Qazaxıstan vətəndaşı Rinat Qabitov öz ölkəsinə ekstradisiya edilib. 

AZXEBER.COM xəbər verir ki, hələ ötən ilin aprel ayında Baş Prokurorluq məsələ ilə bağlı məlumat yayaraq Qazaxıstan Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin üç ay müddətinə Qazaxıstana verilməsi haqqında qərarını açıqlamışdı. Bildirilmişdi ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

Ötən il dekabrın 31-də Qazaxıstanın Aktau şəhərində keçirilən məhkəmə prosesində Azərbaycan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddələri ilə hökm oxunan Rinat Qabitov yenidən hakim qarşısına çıxarılıb. 

Hakim Aynur Kızılbayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Rinat Qabitov 2016 və 2018-ci illərdə törətdiyi ağır cinayətlərə görə Qazaxıstan Cinayət Məcəlləsinin 8 maddəsi ilə təqsirli bilinib. R.Qabitov Qazaxıstan Cinayət Məcəlləsinin 262-ci maddəsi ilə 10 il, 234-cü maddəsi ilə 5 il, 236-cı maddəsi ilə 2 il, 3-234-cü maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, onun cəzasının 31 dekabr 2024-cü il tarixindən hesablanması nəzərdə tutulub. 

Xatırladaq ki, Qazaxıstan vətəndaşı Rinat Qabitov Qazaxıstan Respublikasının digər vətəndaşları ilə qabaqcadan əlbir olaraq bu ölkənin gömrük orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən şəxslərlə birlikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını qaçaqmalçılıq yolu ilə keçiriblər. Onlar sənədləri saxtalaşdıraraq gömrük orqanlarındakı eyniləşdirmə kağızlarını dəyişiblər. Bundan başqa, dəstə üzvləri İran və Türkiyəyə də gömrük nəzarətindən kənar külli miqdarda tekstil malı keçiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”