Qazaxıstana yeni Baş nazir təyin olundu

Qazaxıstana yeni Baş nazir təyin olundu
DÜNYA
11:51 11.01.2022
396
Alixan Smailov Qazaxıstanın Baş naziri təyin edilib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Yayılan məlumata görə, bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Onun sərəncamını parlamentin aşağı palatasının deputatları onun təyinatını dəstəkləyiblər.

Qeyd edək ki, A.Smailov 1972-ci il dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 1993-cü ildən maliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə çalışıb.

O, bu il yanvarın 5-dən Baş nazir səlahiyyətlərini icra edirdi.
OXŞAR XƏBƏRLƏR