Qazaxıstanda 40-a yaxın avtomobil toqquşdu - Hadisə yerindən GÖRÜNTÜLƏR

DÜNYA
15:32 03.01.2025
193
Qazaxıstanda Astana-Petropavlovsk magistralında 40-a yaxın avtomobil toqquşub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Kazinform" teleqram kanalı məlumat yayıb və qəzanın nəticələrini əks etdirən video yayımlayıb.

Yayımlanan videoda onlarla avtomobilin toqquşması görünür.

Bildirilib ki, qəza baş verən ərazidə qar yağır və güclü külək əsir. İnsanlar təcili yardım maşınlarının yanına toplaşıblar.

"Tengrinews" xəbər verir ki, qəza Akmola rayonunun Koğam və Karatal kəndləri arasında baş verib. İtkilər barədə məlumat verilmir.

Kütləvi qəza buzlu hava və güclü qar fırtınası səbəbindən baş verib. Magistral yol nəqliyyat üçün bağlanıb, nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
 

OXŞAR XƏBƏRLƏR