Qazaxıstanda atışma olub, dörd nəfər yaralanıb

Qazaxıstanda atışma olub, dörd nəfər yaralanıb
DÜNYA
17:36 30.07.2025
471

Qazaxıstanın Jambıl vilayətində atışma baş verib, dörd nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır, digər iki nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR