Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

DÜNYA
20:46 31.08.2024
194
Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.

Bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Avqustun 31-də saat 17:30-da "Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, - məlumatda vurğulanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR