Qazaxıstanda ilk AES tikilməsi ilə bağlı referendum keçiriləcək

Qazaxıstanda ilk AES tikilməsi ilə bağlı referendum keçiriləcək
DÜNYA
18:08 01.09.2023
278
Uranla zəngin Qazaxıstan öz atom elektrik stansiyalarına sahib olmaq üçün referenduma gedir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verirki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkədə ilk AES-in tikilməsi ilə bağlı referendum keçiriləcəyini açıqlayıb.

Prezident Tokayev əlavə edib ki, referendumun tarixi daha sonra müəyyənləşəcək.

Qazaxıstan höküməti yeni enerji istehsal gücünə ehtiyac olduğunu əsas gətirərək bu ideyanı uzun müddətdir müzakirə edir. Ölkənin Almary adlı bölgəsində zavodun tikiləcəyi yer də artıq müəyyən edilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR