Qazaxıstanda internet yenidən bağlandı

Qazaxıstanda internet yenidən bağlandı
DÜNYA
17:54 08.01.2022
323
Qazaxıstanda bəzi bölgələrdə davam edən iğtişaşlar fonunda internetə giriş yenidən bağlanıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə "Globalcheck" internet servisi bildirir.

Qeyd olunur ki, ölkədə internet yeddi saat işləyib.

Səhər saatlarında ölkədə internet rabitəsinin bərpa olunduğu bildirilirdi.
 
Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifələrini icra edən Baqdat Musin bildirib ki, davam edən antiterror əməliyyatları ilə əlaqədar internetə giriş məhdudlaşdırılır.

OXŞAR XƏBƏRLƏR