Qazaxıstanda itkin düşən hərbçilərin gecə-gündüz axtarılması TAPŞIRILDI

Qazaxıstanda itkin düşən hərbçilərin gecə-gündüz axtarılması TAPŞIRILDI
DÜNYA
23:26 24.09.2026
109
Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları davam etdirilir.

AZXEBER.COM Manqistau vilayətinin Akimliyinə istinadla xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.
 
Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin fasiləsiz, gecə-gündüz axtarılmasını tapşırıb. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.

Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb.

Onlardan 12-si həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. Digər iki hərbçinin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR