Qazaxıstanda iyulun 25-də radarlardan itərək yoxa çıxan hərbi helikopterin axtarışları zamanı hava gəmisinin parçaları və bir meyit Almatı vilayətindəki Sorbulak gölündə 14 metr dərinlikdə tapılıb.
Qurumdan verilən məlumata görə, peyk məlumatlarından istifadə etməklə aparılan riyazi hesablamalar sayəsində helikopterin mümkün yerinin təxmini sahəsi müəyyən edilib.
"Axtarış qrupları və xüsusi texnika bu sahəyə göndərilib. Silahlı Qüvvələrin hərbi qulluqçuları sualtı işlər zamanı təxminən 14 metr dərinlikdə helikopterin parçalarını və meyiti aşkar ediblər. Hazırda meyitin kimə aid olmasının aydınlaşdırılması prosesi davam etdirilir”, - nazirlikdən vurğulanıb.
Qeyd edək ki, iyulun 25-də Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.
///Report