Qazaxıstanda matəm elan edildi

Qazaxıstanda matəm elan edildi
DÜNYA
17:54 11.06.2023
230
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni Abay rayonunda meşə yanğınında həlak olanların xatirəsinə ümummilli matəm günü elan edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, Abay rayonunda baş verən yanğın nəticəsində 14 nəfər ölüb.

"Bu, bütün xalqımız üçün böyük faciədir. Bu çətin anda möhkəm olun. İtki acınızı paylaşıram”, - deyə Tokaev fəlakət qurbanlarının ailələri ilə görüşündə bildirib. Dövlət başçısı hökumətə həlak olanların ailələrinə hər cür dəstəyin göstərilməsini tapşırıb.
OXŞAR XƏBƏRLƏR