Qazaxıstanda matəm elan olunub

Qazaxıstanda matəm elan olunub
DÜNYA
09:39 28.08.2021
862
Qazaxıstanın Jambıl bölgəsində hərbi hissədə baş vermiş partlayışla əlaqədar matəm elan edilib.

AZXEBER.COM "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Bildirilib ki, 29 avqust tarixi matəm günü elan olunub.

Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həyatını itirib.
OXŞAR XƏBƏRLƏR