Karaqandadakı "Arselormittal Temirtau" şirkətinin Kostenko adına mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahının filial direktorunun müavini Gennadi Silinski məlumat verib.
O, bir şaxtaçının axtarışlarının davam etdiyini bildirib.
Qeyd edək ki, faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
Xatırladaq ki, daha əvvəl fövqəladə vəziyyət nəticəsində 42 nəfərin öldüyü və 4 şaxtaçının axtarışları barədə məlumat verilmişdi.