Qazaxıstanda mikroavtobus qəza etdi - 10 ölü, yaralılar var

Qazaxıstanda mikroavtobus qəza etdi - 10 ölü, yaralılar var
DÜNYA
22:18 11.09.2025
147
Qazaxıstanın Mangistau vilayətində baş verən yol qəzasında 10 nəfər ölüb.

"Toyota Hiace" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Maşında sərnişinlər olub.

Qəza nəticəsində 8 nəfər yerində, daha 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü və 2 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirib ki, yol qəzasının qurbanları zəvvarlar olublar. Zəvvarlar Beket-Ata pirinə gedirmişlər. Ölənlərin və xəsarət alanların ailələrinə lazımi yardımın göstəriləcəyi vəd edilib. Fəaliyyətlərin əlaqələndirilməsi üçün gecə-gündüz fəaliyyət göstərəcək operativ qərargah yaradılıb.

Daxili işlər naziri cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.
 
/report
OXŞAR XƏBƏRLƏR