Qazaxıstanda NATO-ya aid heç bir yeni mərkəz açılmayıb.
Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstanda NATO-nun Sülhməramlı Əməliyyatlar Mərkəzinin açılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, bu ilin 23 oktyabr tarixində ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblumun iştirakı ilə Almatı şəhərində Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub”, - Nazirlikdən bildirilib.
Qeyd olunub ki, mərkəz 2006-cı ildən Qazaxıstan Silahlı Qüvvələrinin sülhməramlı kontingentini təkmilləşdirmək üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
///APA