Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablaliyev saxlanılıb.
Məlumatı şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Lakin saxlanılmanın səbəbləri hələlik açıqlanmayıb.
Bu arada internetdə 78 min dollar rüşvət alınması və mümkün qeyri-qanuni himayə də daxil olmaqla, təsdiqlənməmiş versiyalar yayılır.
Korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti saxlanılma ilə bağlı məlumatı nə təsdiq edə bilib, nə də təkzib.
/report