Qazaxıstanda prezident seçkilərində 62,34 faiz seçici fəallığı qeydə alınıb

Qazaxıstanda prezident seçkilərində 62,34 faiz seçici fəallığı qeydə alınıb
DÜNYA
19:25 20.11.2022
157
Bu gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 16:00-dək 62,34 faiz seçici fəallığı qeydə alınıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Prezident seçkilərində səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək.

Dövlət başçısı postu uğrunda hazırkı Prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR