Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadıldı

Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadıldı
DÜNYA
19:47 17.09.2022
338
Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb.

AZXEBER.COM Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də Qazaxıstan xalqına müraciətində növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib, eyni zamanda dövlət başçısı prezidentlik müddətinin maksimum sayının ikidən birə endirilməsini, prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılmasını təklif etmişdi.
OXŞAR XƏBƏRLƏR