Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib

Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib
DÜNYA
17:46 15.03.2026
108
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı keçirilən referendumda iştirak sayı 2022 və 2024-cü il referendumlarında, eləcə də 2022-ci il prezident seçkilərində və 2023-cü il parlament seçkilərində iştirak sayını üstələyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.

Qeyd olunub ki, saat 18:00-a (Bakı vaxtı ilə 17:00) olan məlumata görə, iştirak sayı 70,91% təşkil edib.

Seçici siyahısındakı 12.461.796 vətəndaşdan 8.845.280-i artıq səs verib. Ən aşağı fəallıq Almatıda - 32,82%; ən yüksək fəallıq isə sakinlərin 91,8%-nin səs verdiyi Qızılorda vilayətində qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR