Qazaxıstanda yeni terror aktı

SOSİAL
12:13 08.06.2016
1508

Pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.

Bazar günü iki silah mağazasına və hərbi hissəyə hücumun baş verdiyi Qazaxıstanın Aktyubinsk vilayətində pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov bildirib.

“Bu gün səhər Aktyubinskdə yerli vaxtlasaat 08.06-da ağ rəngli “Lada” avtomobilindən pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar”, - Jumakanov Qazaxıstan prezidenti Nursultan Nazarbayevə azadlıqda olan altıekstremistin saxlanılması işinin gedişatına dair məruzə edərkən bu barədə bildirib.

Daha öncə Aktobedə bazar günü baş verən hücumların altı iştirakçısının azadlıqda qaldığı barədə məlumat yayılmışdı.

OXŞAR XƏBƏRLƏR