Qazaxıstandan Ermənistana taxıl tədarükü Azərbaycan vasitəsilə həyata keçiriləcək

Qazaxıstandan Ermənistana taxıl tədarükü Azərbaycan vasitəsilə həyata keçiriləcək
SİYASƏT
00:08 05.11.2025
172
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiya taxılı ilə yanaşı Qazaxıstan taxılının da Azərbaycan ərazisi ilə ölkəyə tədarük ediləcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb.

"Əziz həmvətənlər, daha bir şad xəbərim var. Bu dəqiqələrdə Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə Rusiya mənşəli buğda daşınır.

Onu da qeyd edim ki, Qazaxıstan mənşəli buğda da yoldadır və yaxın günlərdə yenə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", - Papoyan qeyd edib.
OXŞAR XƏBƏRLƏR