Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir
DÜNYA
11:09 06.01.2022
330
Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir.

Məlumatı TASS yayıb.

Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir.

Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.
OXŞAR XƏBƏRLƏR