Qazaxıstanın tanınmış media holdinqinin rəhbəri “Azxeber”i ziyarət etdi – FOTOLAR

Qazaxıstanın tanınmış media holdinqinin rəhbəri “Azxeber”i ziyarət etdi – FOTOLAR
SOSİAL
15:24 08.07.2025
286
Qazaxıstanın "Manqistau Media” holdinqinin rəhbəri, "Əməkdə fərqlənməyə görə” dövlət mükafatı laureatı, tanınmış jurnalist Gülmira Aytkənovna Abışeva "Azxeber Media”nın qonağı olub.

AZXEBER.COM xəbər verir ki, "Azxeber Media”nın redaksiyasına baş çəkən Gülmira Abışeva informasiya sahəsindəki təcrübəsini bölüşüb və Azərbaycan ilə Qazaxıstan arasında media əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, iki ölkənin media qurumları arasında əməkdaşlıq qarşılıqlı informasiya mübadiləsi və birgə layihələrin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

2021-ci ilin mart ayından etibarən Manqistau vilayətinin mətbuat katibi vəzifəsini icra edən Gülmira Abışeva, humanitar təşəbbüslərdə fəal iştirakı ilə də seçilir. Xüsusilə 2024-cü ilin 25 dekabr tarixində Aktau şəhərində baş vermiş təyyarə qəzası zamanı Azərbaycanın aidiyyəti qurumları ilə operativ əlaqə saxlayaraq məlumatların dəqiqləşdirilməsi və düzgün informasiya təminatında mühüm rol oynayıb. Onun bu dəstəyi Azərbaycanda yüksək qiymətləndirilib.

Hazırda Qazaxıstanda bir sıra aparıcı media qurumlarını özündə birləşdirən "Manqistau Media” holdinqinin direktoru olan Abışeva, eyni zamanda Aktau şəhər Məsləhətinin deputatıdır.

Görüş zamanı tərəflər gələcəkdə birgə media layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən ilin fevral ayında "Manqistau Media” ilə "Azxeber Media” arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
 
Aysel Hacızadə

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR