Qazaxıstanın məşhur müğənnisi Naili İmran Azərbaycan mediası ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, Naili görüş zamanı yeni layihəsini təqdim edib.Naili Azərbaycanı çox sevdiyini hətta özünü burada doğma vətənində olduğu kimi hiss etdiyini deyib:
"Həm Azərbaycan xalqını, həm də musiqilərini çox sevirəm. Hər bir ölkənin şou –biznesində qalmaqallar olur. Bu günkü günə qədər bir çox çətinliklərə qalib gəlmişəm. İnşallah burda akulaların ağzına düşmərəm.( gülür)”
Təqdimatda iştirak edən xalq artisti Gülyanaq Məmmədova Nailinin uğuruna sevindiyin bildirib. Müğənninin sözlərinə görə, o öz tələbələri ilə dəfələrlə duetlər oxuyub:
"Bir çox tələbələrimə dəstək olmuşam. Onlarla hətta duet də oxumuşuq. Bəzi sənətçi yoldaşlarım bunu mənə irad kimi tutublar. Deyirlər ki, xalq artistisən bunu etmə. Məncə, insan özünü çəkib dağ başına qoymamalıdır.”
Qeyd edək ki, Nailənin Azərbaycanda təqdim etdiyi "Gözləyə-gözləyə” mahnısının sözləri Məlahət Kərimqızına, musiqisi isə İlkin Həsənə məxsusdu. Ekran işinin rejissoru Emil Babayevdir.
Nazim Qasımzadə
AZXEBER.COM



