Bu barədə oyunçu özünün "Instagram" hesabında paylaşım edib.
Mendikanov klubun "La Masiya" akademiyasında çıxış edəcək. Gənc futbolçu sevincini belə ifadə edib: "Həyatımın klubu ilə müqavilə imzaladığım üçün çox qürurluyam".
Qeyd edək ki, karyerasına Qazaxıstanın "Astana Junior" klubunda başlayan K.Mendikanov 2022-ci ildə İspaniyaya köçüb. O, burada "Serdanyola" və "San-Kuqat" komandalarının U-15 (15 yaşınadək futbolçulardan ibarət) heyətində çıxış edib.
Kərim Mendikanov "Barselona" ilə müqavilə bağlayan ilk qazaxıstanlı futbolçu kimi tarixə düşüb.












































