Qazaxıstandan olan dörd milyarderin sərvəti ölkədə bir neçə gün davam edən etiraz aksiyalar nəticəsində ümumilikdə 3 milyard dollar azalıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Forbes yazır.
Məlumata görə, milyarderlərin sərvəti ölkədəki iki böyük bankın - "Kaspi Bank” və Qazaxıstanın Xalq Bankının səhmlərinin müvafiq olaraq 30 və 15 faiz ucuzlaşması səbəbindən azalıb.
Yanvarın 4-dən 6-dək "Kaspi Bank”-ın ən böyük səhmdarı Vyaçeslav Kim 1,4 milyard dollar itirib, sərvəti 5,7 milyard dollardan 4,2 milyard dollara düşüb. "Kaspi”-nin baş direktoru Mixail Lomtadzenin sərvəti eyni məbləğdə - 5,2 milyard dollardan 3,8 milyard dollara qədər azalıb.
Qazaxıstanın Xalq Bankında nəzarət səhm paketinə sahib olan Nazarbayevin qızı Dinara Kulibayeva və əri Timur Kulibayev ümumilikdə 200 milyon dollar itirib. "Forbes” ər-arvadın sərvətini 3,1 milyard dollar həcmində qiymətləndirib.
"Forbes”-in məlumatına görə, Qazaxıstanın ən varlı adamları reytinqində yeddi milyarder var. Nəşr etirazlar zamanı qalanların vəziyyətinin necə dəyişdiyini göstərmir.