“Qazprom” Avropa ölkələrindən birinə qaz tədarükü ilə bağlı fors-major elan etdi

İQTİSADİYYAT
22:55 18.07.2022
303
"Qazprom” "əsas istehlakçılardan birinə” qaz tədarükü ilə bağlı fors-major vəziyyət elan edib.
 
Bu barədə "Reuters” qaz şirkətinin məktubuna istinadən xəbər verib.

Agentliyin məlumatına görə, məktubda söhbət Almaniyadan gedir - fors-major "Şimal axını” qaz kəməri ilə mavi yanacağın tədarükünə aiddir.

Məktubda bildirilir ki, iyulun 14-dən etibarən "Qazprom” şirkətin nəzarətində olmayan "fövqəladə” hallar səbəbindən tədarük öhdəliklərini yerinə yetirə bilməyəcək.

"Şimal axını” iyulun 11-də təmir üçün bağlanmışdı.
OXŞAR XƏBƏRLƏR