Ötən gün Azərbaycanı UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” klubu 4-cü tur çərçivəsində Dortmundun “Borussiya” komandası ilə qarşılaşıb.
Ev sahiblərinin üstünlüyü ilə keçən oyunda qalib gələn tərəf almanlar olub.
Yerli futbolçular “Qəbələ”nin qapısından 4 cavabsız qol keçirdərək darmadağını rəsmiləşdiriblər.
Avropa Liqası. Qrup mərhələsi. IV tur
“Borussiya” – “Qəbələ” – 4:0
Qollar: Marco Reus, 28 (1-0), Pierre-Emerick Aubameyang, 45 (2-0), Sergei Zenjov, 67 (3:0, o.g.), Henrik Mkhitaryan, 70 (4-0).
report.az