'Qəbələ' Danimarka komandasına qalib gəldi

İDMAN
09:22 21.01.2013
1234

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib.Danimarkanın “Oure” Akademiyası ilə qarşılaşan "qırmızı-qaralar" matçı yüksək səviyyədə keçirib və 2:1 hesabilə qalib gəlib.

Matç 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. “Qəbələ” oyuna qara sarğı ilə çıxıb. Qarşılaşma təmsilçimizin sürətli hücumları ilə başlayıb. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə fərqlənmək imkanı əldə etsələr də, hesab açılmayıb.

İkinci hissə də eyni ssenari üzrə davam edib. Lakin hücuma aludə olan “Qəbələ” gözlənilmədən qapısında qol görüb. Hesabda geri düşməsinə baxmayaraq, hücumlarını səngitməyən Azər Bağırovun yetirmələri tezliklə status-kvonu bərpa ediblər. Ehtiram Şahverdiyev fərqlənib. “Qəbələ” qoldan sonra təzyiqi biraz da artırıb. Ardıcıl hücumlar matçın sonuna 20 dəqiqə qalmış öz nəticəsini verib və təmsilçimiz hesabda irəli çıxıb. Komandamıza qələbə qazandıran qol Qismət Əliyevin aktivinə yazılıb.

U-17 Antalyadakı son yoxlama oyununu 22 yanvarda keçirəcək. Bu görüşdə “Qəbələ” “Oure” Akademiyasının B komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 23-də isə U-17 Antalya toplanışını tamamlayaraq vətənə dönəcək.Qeyd edək ki, “Oure”nin futbol akademiyası Danimarkanın ən böyük akademiyalarından biridir. “Oure” Antalyaya yeddi müxtəlif yaş qrupu ilə beş oğlan və iki qız komandası göndərib.//qol.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar