Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubu heyətini daha 3 futbolçu ilə gücləndirib.
"Qəbələ"də baxışda olan 3 futbolçu - Luka Jinko, Musatafa Dabo və İfeani Emeqaranınkomandada qalacağı dəqiqləşib.
Hər üç futbolçu bu gün "Qəbələ"nin əməkdaşlıq etdiyi "Acıbadem"xəstəxanasında tibbi müayinədən uğurla keçiblər. Adı çəkilən futbolçularla Azərbaycana qayıtdıqdan sonra rəsmi müqavilə imzalanacaq. Lakin hələlik həminfutbolçularla bağlanılacaq müqavilənin müddəti məlum deyil.
Qeyd edək ki, İfeani Emeqara ampluaca müdafiəçi, Luka Jinko yarımmüdafiəçi, Mustafa Dabo isə hücumçudur.
Əlavə edək ki, "Qəbələ" klubu daha öncə rumıniyalı müdafiəçi Kristian Pulhakı heyətinə cəlb etmişdi.//qol.az