“Qəbələ” heyətini daha da gücləndirir

İDMAN
10:38 21.01.2012
1253

Klub Elmar Baxşıyevlə 1 illik müqavilə imzalanıb.

“Qəbələ” futbol klubu qış fasiləsində ikinci transferini reallaşdırıb. AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə “Xəzər Universiteti”, “İnter”, “Xəzər Lənkəran” və “Neftçi” klublarında forma geyən və Azərbaycan milli komandasında oynayan Elmar Baxşıyev karyerasını “Qəbələ”də davam etdirəcək. Orta xətt oyunçusu ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, “Qəbələ” qış fasiləsində Baxşıyevdən öncə Yannik Kamananın transferini rəsmiləşdirmişdi.

OXŞAR XƏBƏRLƏR