"Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, Tbilisidə keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri görüşün 68, 88 və 90+3-cü dəqiqələrində fərqləniblər.
Şengeliya dubla imza atıb, "Neftçi”nin keçmiş oyunçusu Kvami Karikari isə yekun hesabı təyin edib.