Sergey Şoyqu Zakir Həsənovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib
Qəbələ RLS-in Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı bütün cari məsələlər həll edilib. Bu barədə müdafiə naziri Zakir Həsənov Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib. "Mən bildiyimə görə, demək olar ki, Qəbələdə təhvil-təslim baş tutub, məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilməkdədir", - deyə Həsənov bildirib. Görüş MDB dövlətlərinin müdafiə nazirləri şurasının 65-ci iclası dairəsində keçirilib. Görüş zamanı Sergey Şoyqu azərbaycanlı həmkarını yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib. "Bu, istənilən dövlətdə məsul vəzifədir, bu, Azərbaycan kimi dövlətlərdə xüsusilə önəmlidir", - deyə Rusiya müdafiə naziri vurğulayıb.