“Qəbələ” “Şamaxı”ya məğlub oldu

“Qəbələ” “Şamaxı”ya məğlub oldu
İDMAN
19:53 05.10.2025
184
Misli Premyer Liqasında VII tura yekun vurulub.

AZXEBER.COM xəbər verir ki, turun son oyununda "Qəbələ" evdə "Şamaxı"ya məğlub olub - 0:1.

Yeganə qolu 7-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub.

"Qəbələ" 4 xalla 11-ci, qonaqlar 9 xalla yeddincidir.

Bu gün keçirilən ilk görüşdə "Sabah" səfərdə "Karvan-Yevlax"ı üstələyib - 2:0.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

OXŞAR XƏBƏRLƏR