Qəbələ və Oğuza dolu yağır - FAKTİKİ HAVA

SOSİAL
17:12 06.06.2020
387

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, hazırda Qəbələyə yağış və dolu, Oğuz rayonunun Başdaşağıl kəndinə isə dolu yağır.

 

saat 13.28

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, iyunun 6-nа olan məlumatına əsasən əksər rayonlarda şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub. 

İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb. 

Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib. 

Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub. 

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR