Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
AZXEBER.COM xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Məlumata görə, sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.
Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.
M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in "102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.