Qəbələdə 22 yaşlı oğlan itkin düşüb

Qəbələdə 22 yaşlı oğlan itkin düşüb
SOSİAL
15:44 16.01.2024
158
Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.

F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
OXŞAR XƏBƏRLƏR